İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq - RƏSMİ
    • 19-12-2023, 11:28
    • 339

İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq - RƏSMİ

1992-ci ildən bəri ilk dəfədir ki, Azərbaycanın bütün ərazilərində seçkilər keçiriləcək. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında milllət vəkili Hikmət Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, şübhəsiz ki, ən böyük demokratiya millətin hüquqlarının təmin edilməsidir.

"İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq. İşğaldan azad edilən ərazilərin sakinləri də uzun illərdən sonra ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Azərbaycan xalqının bu hüquqlarını özünə qaytaran siyasi və hərbi ordu qarşısında bütün Azərbaycan xalqı baş əyir. Hərbi, siyasi, diplomatik qələbəmiz İlham Əliyevlə bağlıdır", - deyə deputat bildirib.

Hikmət Məmmədov əlavə edib ki, müxalifət partiyalar da məsuliyyəti dərk edərək yeni keyfiyyət mərhələsinə qədəm qoymalıdır. 

"Seçkidə iştirak edib etməmək hər bir partiyanın öz hüququdur, ancaq yeni ənənələr yaratmaq üçün onların iştirakı da lazımdır".

Qumral Əliyeva