Tarix təkrarlanır? Rusiya ilə sərhəddə 5000 alman əsgəri
    • 19-12-2023, 17:01
    • 219

Tarix təkrarlanır? Rusiya ilə sərhəddə 5000 alman əsgəri

Almaniya 4800 əsgərini Litvada, Rusiya ilə sərhəddə yerləşdirəcək. 

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İki ölkənin müdafiə nazirləri 5 minə yaxın Bundesver əsgərindən ibarət briqadanın Litvada daimi yerləşdirilməsi üçün yol xəritəsi imzalayıblar.

Əsas bölmələrin 2025-2026-cı illərdə köçürülməsi, 2027-ci ilə qədər isə briqadanın tam işə salınması planlaşdırılır.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə bu razılaşmanı Soyuq Müharibə zamanı Sovet hücumu zamanı Qərbi Avropanı qorumaq üçün nəzərdə tutulan müttəfiq qüvvələrin Qərbi Almaniyada yerləşdirilməsi ilə müqayisə edib.

Ayşən