Azərbaycan Rusiyaya 36 ton yumurta göndərdi
    • 20-12-2023, 08:15
    • 153

Azərbaycan Rusiyaya 36 ton yumurta göndərdi


Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta həcmində bu ərzağın ilk partiyası gətirilib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

“Dekabrın 19-da Rusiyaya satış üçün Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə idxal edilib”, - məlumatda bildirilib.