Bu gölə girənlərin SAÇLARI SARALIR
    • Dünən, 22:38
    • 72

Bu gölə girənlərin SAÇLARI SARALIR

Van gölünün sahilində yaşayan uşaqlar yay tətilində sərinləmək üçün gün boyu gölə girirlər. 

News24.az xəbər verir ki, çox miqdarda sodalı su və günəşin təsiri ilə göldə davamlı üzən uşaqların saç rəngi saralır.

Yay aylarında gölün suyundan saçları təsirlənən uşaqlar qış aylarında öz rənglərinə qayıdırlar. Göldə az üzən uşaqlarla daha çox üzən uşaqların saç rənglərində fərq olur.

İHA müxbirinə danışan Van Yüzüncü İl Universiteti (Van YYÜ) Dursun Odabaşı Tibb Mərkəzi Dermatoloji Bölümü müəllimi Prof. Dr. Hatice Uce Özkol Van gölündə üzən uşaqların saç və kirpik rənglərinin sarı olduğunu bildirib.

Bunun ən əhəmiyyətli səbəbinin sodalı suyun açıcı təsiri olduğunu ifadə edən Prof. Dr. Özkol, “Uşaqlar uzun müddət buna məruz qaldıqda,belə təsirlərə görə saçları saralır. Qışa doğru normala qayıdır. Uşaqlara heç bir zərər vermir. Təbii ki, uşaqların dərisi yandırılmamalıdır. Bədənlərini qorumaq lazımdır. Hər yanıq dəri xərçəngi riskini artırır. Ona görə də deyirik ki, saçlarımız saralsın, ancaq bədənimiz yanmasın.

Uşaqların günəşdən qoruyucu vasitələrdən istifadə etmələri və günəş şüaları birbaşa düşdüyü zaman üzməmələri barədə xəbərdarlıq edən Özkol sözlərini belə davam etdirib:

“Biz bunu yaşlı xəstələrimizdə görürük, onların hamısı uşaqlıqda günəşə məruz qalıb. Günəşə məruz qalmağı  və yanıqları minimuma endirmək üçün ailələri xəbərdar etmək lazımdır. Gəlin uşaqlarımızı gölə aparaq, amma onları günəşdən qoruyaq ki, sonrakı yaşlarda xərçəng riskini azaldaq.

Məryəm İlhamqızı