Tesla sahibləri avtomobilə qayıdır
    • Dünən, 22:46
    • 64

Tesla sahibləri avtomobilə qayıdır

2024-cü ildə Tesla elektromobilini yeniləyənlərin əksəriyyəti daxiliyanma mühərrikli avtomobil alıb.

News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, faktı baş ofisi Vaşinqtonda yerləşən Edmunds şirkəti aşkara çıxarıb.

Teslanı yeniləyən amerikalıların 51%-i ənənəvi tipdə daxiliyanma mühərrikli avtomobil alıb. Bundan başqa, Teslanı satanların 10%-i hibrid, 6%-i doldurulan hibrid seçib. Tesla sahiblərinin cəmi 32%-i növbəti maşın kimi elektromobil seçib.

Bunun səbəbi avtomobilin gediş ehtiyatının ABŞ-dakı sürüş tərzinə uyğun olmamasıdır. Çünki Avropadan fərqli olaraq okeanın o tayında ictimai nəqliyyat çox da populyar deyil./avtosfer.az