Mingəçevirdə tələbəni avtomobil vuraraq öldürüb
    • 20-12-2023, 20:29
    • 212

Mingəçevirdə tələbəni avtomobil vuraraq öldürüb

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən və xəsarət alan piyadaların kimliyi məlum olub.

News24.az report-a istinadla bildirir ki, dünyasını dəyişən piyada, Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Nazlı Hüseynova, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən digər piyada isə Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü İ.Sadıqzadədir.

N.Hüseynova Mingəçevirdə təhsil alırmış.

Qeyd edək ki, Mingəçevir şəhər Müslüm Maqomayev prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobil 2 piyadanı vurub.