Türkiyə futbolunda daha bir insident yaşandı - VİDEO
    • 20-12-2023, 22:41
    • 389

Türkiyə futbolunda daha bir insident yaşandı - VİDEO


Türkiyədə “Bursaspor” - “Diyarbəkirspor" matçında kütləvi dava baş verib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, oyunda qonaq komandadan Bünyamin Yürürün vurduğu qoldan sonra azarkeşlərə ünvanladığı hərəkət meydanda xaosa səbəb olub.

Hər iki komandanın futbolçuları arasında kütləvi dava başlayıb. Nəticədə beş futbolçu qırmızı vərəqə alıb - Çağatay Yılmaz (Bursaspor), Bilal Güney (Bursaspor), Serhat Enes Çalışan (Diyarbəkirspor), Cem Çelik (Diyarbəkirspor), Bünyamin Yürür (Diyarbəkirspor).

Meydana daxil olan azarkeş isə saxlanılıb.