![Bakıda inzibati binada yanğın olub](/uploads/posts/2023-12/658458780b276658458780b2771703172216952e10bf7b4fb7cda3dfeb0670e11e9b.webp)
-
- 21-12-2023, 20:32
- 129
Bakıda inzibati binada yanğın olub
Bakıda inzibati binada yanğın olub.
News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.
Yüksək temperaturdan binaya bitişik, ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin xarici divari 10 m² sahədə qarsalanıb. Binanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.