Tehrandakı səfirliyimizə hücumla əlaqədar YENİ XƏBƏR
    • 25-12-2023, 16:08
    • 156

Tehrandakı səfirliyimizə hücumla əlaqədar YENİ XƏBƏR

“Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər yaxşı nəticələnib".

News24.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycan Baş Prokurorluqlarının nümayəndələrinin görüşü zamanı deyib.

Onun sözlərinə görə, prosesdə indiyədək müsbət nəticələr əldə edilib:  "Biz ikitərəfli münasibətlərin digər sahələrində də yaxşı inkişafın şahidi oluruq".

Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb. Həmin hücumdan sonra səfirliyin fəaliyyəti dayandırılıb.

Qumral