Dövlət hesabına hüquqi yardım göstərən 973 vəkilə ödənişlər verildi
    • 30-12-2023, 13:26
    • 149

Dövlət hesabına hüquqi yardım göstərən 973 vəkilə ödənişlər verildi

"2023-cü il ərzində dövlət hesabına hüquqi yardıma görə ümumilikdə 39 830 qərarın icrası Azərbaycan Vəkillər Kollegiyası tərəfindən təmin edilib. Dövlət hesabına hüquqi yardım göstərən 973 vəkilə müvafiq ödənişlər verilib".

News24.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

O bildirib ki, icrası təmin olunan qərarlar  üzrə 97 vəkil qurumuna və fərdi qaydada fəaliyyət göstərən 38 vəkilə ümumilikdə 4 999 982,10 manat (bank xidməti də nəzərə alınmaqla) məbləğində vəsaitin verilməsi həyata keçirilib.