Tulini döydüyü iddia edilən Sübhanın vəkili danışdı - FOTO
    • 6-01-2024, 12:57
    • 213

Tulini döydüyü iddia edilən Sübhanın vəkili danışdı - FOTO

Bir neçə gündür gündəmi ələ alan Tulin-Sübhan qalmaqalı yeni mərhələyə qədəm qoyub.

News24.az bildirir ki, Patrul.az-a açıqlama verən Sübhan Əsgərovun hüquqlarını müdafiə edən Vəkillər Kollegiyasının üzvü Ramil Vəliyev qarşı tərəfi məhkəməyə verəcəyini bildirib.

Vəkil Ramil Vəliyev məsələ ilə bağlı qeyd edib ki, Tulin Ələkbərovanın Sübhan Əsgərov tərəfindən döyülməsi (sübut edilməmiş məsələ) ilə bağlı hazırda istintaq gedir. Əlavə olaraq, Sübhan Əsgərov və anası Tulin Ələkbərova tərəfindən kütləvi informasiya vasitələrində şərəf və ləyaqətlərinin alçaldılması, bilə-bilə yalan məlumatların yayılması barədə xüsusi ittiham qaydasında şikayətlə müvafiq məhkəməyə müraciət edəcək. Vəkil kütləvi informasiya vasitələrindən rəsmi, dəqiq olmayan məlumatları paylaşmamağı xahiş edir.