Cəlilabadda iki yol qəzası baş verib, xəsarət alanlar var
    • 7-01-2024, 22:03
    • 191

Cəlilabadda iki yol qəzası baş verib, xəsarət alanlar var


Cəlilabadda iki yol qəzası baş verib, xəsarət alanlar var.

News24.az "Report"a istinadla bildirir ki, ilk hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

Belə ki, avtoqəza nəticəsində rayon sakini, 1973-cü il təvəllüdlü Fərhad Hüseynov xəsarət alıb.

Motosikletin aşması nəticəsində isə rayon sakini, 2002-ci il təvəllüdlü Məhəmməd Amanov xəsarət alıb.

Hər iki yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktlarla bağlı araşdırma aparılır.