Qızılcaya yoluxan uşaqla bağlı TƏBİB-dən açıqlama
    • 8-01-2024, 14:38
    • 261

Qızılcaya yoluxan uşaqla bağlı TƏBİB-dən açıqlama

Xəbər verdiyimiz kimi, yanvarınn 6-da Şəki rayonunda altı yaşlı oğlan uşağı qızılcadan vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, Şəki rayonunun Sarıca kənd sakinləri iki azyaşlı qardaş qızılca xəstəliyi diaqnozu ilə xəstəxanaya daxil olub.

Mövzu ilə bağlı TƏBİB tərəfindən News24.az-a bildirilib ki, 2020-ci il təvəllüdlü xəstə  Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul tipli Xəstəxanaya 06.01.2024-cü ildə gətirilib.

Gətirilərkən vəziyyəti orta ağır qiymətləndirilib.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən xəstədə pnevmoniya əlamətləri sovrulub, dərsinin səpkiləri keçib və vəziyyəti stabilləşib.

Ayşən