DƏHŞƏT! Azərbaycanda yanacaqdaşıyan maşın aşdı, 40 ton benzin... - FOTO
    • 12-01-2024, 13:08
    • 501

DƏHŞƏT! Azərbaycanda yanacaqdaşıyan maşın aşdı, 40 ton benzin... - FOTO

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadla bildirir ki, hadisə Gəncə-Samux avtomobil yolunun 2-ci km-də qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı ağır tonnajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yanacaq daşıyan maşının yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib. Yük maşınının yolun hərəkət hissəsinə aşması nəticəsində Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb olunub, sürücülər alternativ yollara yönləndirilib.

DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər.

Faktla bağlı araşdırma aparılır.