Çin Qırmızı dənizdəki hücumlara qarşı vasitəçiliyə başlayır
    • Dünən, 23:20
    • 50

Çin Qırmızı dənizdəki hücumlara qarşı vasitəçiliyə başlayır

Çinin Yəməndəki səfirinin müavini Şao Zheng "İsrailin Yəməndəki Hudeyda limanına hücumlarından sonra münaqişənin genişlənməsini dayandırmağa" çağırıb.

News24.az xəbər verir ki, səfir Yəmənin qeyri-hökumət təşkilatı Səna Araşdırma Mərkəzinin təşkil etdiyi onlayn görüşdəki çıxışında deyib:

“Qırmızı dənizdə daşıma xərclərinin ikiqat artmasına səbəb olan ticarət gəmilərinə hücumları dayandırmaq üçün Husilər də daxil olmaqla müxtəlif tərəflərlə əlaqə saxlayırıq”.

Zheng vurğulayıb ki, "Qəzza zolağında münaqişə dayandırılmalıdır və bu, Qırmızı dənizdə gərginliyin azaldılmasına kömək edəcək".

Çin rəsmisi İsrailin Hudeyda limanına hücumundan sonra regional gərginliyi artırmamağa çağırıb.

Çin diplomatı Yəməndə yaxın gələcəkdə sülhün əldə oluna biləcəyi ilə bağlı suala belə cavab verib:

“Ümid edirik ki, sülh mümkün qədər tez əldə olunacaq və bütün tərəfləri danışıqlara qayıtmağa və vətəndaşların maraqlarını üstün tutmağa çağırırıq”.

Günel Məlikzadə