9-cu əsrə aid çubuqda türk mətni TAPILDI
    • Dünən, 23:40
    • 51

9-cu əsrə aid çubuqda türk mətni TAPILDI

Çinlilər tərəfindən Şinjiang adlanan bölgədə çoxlu türk runik mətnləri tapılaraq nəşr edilib.

News24.az xəbər verir ki, bunların arasında kitab ölçüsündə olan İrk Bitigdən başqa bir çox əlyazma parçaları da əldə edilib. 

Dokuz Eylül Universiteti Müəllimi Prof. Dr. Erhan Aydın, Hotendə tapılan taxta çubuq üzərindəki yazı ilə bağlı bu məlumatları verib:

"Bu taxta parçasının üzərində 16 işarə var. Sonda üst-üstə qoyulan iki nöqtə istisna olmaqla, bunlar səslərə uyğun gələn hərflərdir. Üst-üstə qoyulan iki nöqtənin köhnə türk yazılarında söz ayırıcı və ya cümlə sonunda qoyulan işarə kimi tanınması eyni yazı ənənəsinin davam etdiyini göstərir.

Məryəm İlhamqızı