"Bu, Kiyevin müharibəsidir, bizim deyil"
    • Dünən, 22:50
    • 63

"Bu, Kiyevin müharibəsidir, bizim deyil"

Ukrayna prezidenti Vladimir Zelenski və Polşanın baş naziri Donald Tusk NATO sammitində görüşüblər.

News24.az xəbər verir ki, ifrat sağçı Konfederasiya Partiyasının fəalları Varşavada parlament binası qarşısında hökumətə etiraz ediblər.

İfrat sağçı ekstremistlər Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya verdiyi dəstəyə görə baş nazir Donald Tuskun rəhbərlik etdiyi hökumətə reaksiya veriblər.

"Bu, Kiyevin müharibəsidir, bizim deyil", - etirazçılar bildiriblər.

Onet xəbər saytının məlumatına görə, Konfederasiya liderləri Yanuş Korvin və Mikke Qrzeqorz Braun əllərində baş nazir Tuskun "vətənə xəyanətdə" mühakimə olunmasını tələb edən pankart qaldırıblar.

Etirazın şüarı “Polşanı bizim olmayan müharibəyə sürükləməyi dayandırın” olub.

Etiraz zamanı xarici işlər naziri Radoslav Sikorski parlament qarşısına çıxıb və Konfederasiya fəallarını məsələ ilə bağlı debata dəvət edib.

Günel Məlikzadə