Hikmət Mirzəyev şəxsi heyətə təqdim edildi
    • 13-01-2024, 14:25
    • 291

Hikmət Mirzəyev şəxsi heyətə təqdim edildi

Bu gün Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Quru Qoşunların qərargahında xidməti müşavirə keçirilib.

News24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müşavirədə general-leytenant Hikmət Mirzəyevin Quru Qoşunları Komandanı vəzifəsinə təyin olunması şəxsi heyətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 11 yanvar 2024-cü il tarixdən general-leytenant H.Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.