-
- 1-08-2024, 14:51
- 2 514
Ağamirzə Ələkbər Yasamallının hədələnməsindən DANIŞDI
"Ələkbər Yasamallının evinin qarət edilməsi və özünün hədələnməsi ilə bağlı sosial şəbəkələrdən və mətbuatdan xəbər tutdum. Oxudum, ürəyim ağradı".
News24.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov meyxanaçı Ələkbər Yasamallının evinin qarət edilməsi və hədələnməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Meyxanaçı baş verən hadisədə Azərbaycan dövlətinə və onun hüquq-mühafizə orqanlarına güvəndiyini vurğulayıb:
"Biz Azərbaycanda yaşayırıq. Heç kəs kiminsə evinin şəxsi əşyalarını apara bilməz. Polis bunu hüququ müstəvidə həll edəcək. Biz ilk olaraq dövlətimizə və onun qanunlarına inanırıq. Əgər məsələyə Daxili İşlər Nazirliyi qarışıbsa, deməli, məsələ müsbət həllini tapacaq. Əminəm ki, nazirlik bu problemi yoluna qoyacaq. Məsələ araşdırılmalıdır. Elə şey olar? Polisimiz, orqanımız var. Biz hansı ölkədə yaşayırıq? Onun bütün əşyalarını polis yaxın zamanda tapacaq və Ələkbərə qaytaracaq".
Ağamirzə Məmmədov həmkarı Ələkbər Yasamallıya səbrli olmağı tövsiyyə edib:
"Sadəcə, ailədə naratalıq yaradıb. Burdan Ələkbər qardaşımıza səslənirəm, səbrli ol, dövlətimiz bu problemi həll edəcək. Birinin bu gün telefonunu oğurlayırlar, dəhal polisimiz onu tapır. Sən səbirli ol, bu ölkədə heç kim heç kimə heç nə edə bilməz. Kimsə artıq hərəkət edə bilməz".
Qeyd edək ki, meyxanaçı Ələkbər Yasamallının evi qarət edilib. Meyxanaçı bildirib ki, onun evinə gecə vaxtı bir dəstə adam daxil olub və bütün əşyalarını aparıblar. Meyxanaçı hadisənin video görüntülərinin olduğunu xüsusi bildirib. Baş verən hadisə hüquq-mühafizə orqanlarında araşdırılır. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, vətəndaş Quliyev Ələkbər Akif oğlununun müraciəti ilə bağlı ərazi üzrə müvafiq Polis İdarəsində araşdırma aparılır: "Vətəndaşı narahat edən halların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi təmin olunacaq".