Türkiyə ilə İngiltərə arasında müqavilə İMZALANDI
    • Bu gün, 15:52
    • 46

Türkiyə ilə İngiltərə arasında müqavilə İMZALANDI

Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsi (SHGM) 30-31 iyul tarixlərində Londonda keçirilən danışıqlar nəticəsində Türkiyə ilə İngiltərə arasında Hava Nəqliyyatı Müqaviləsi imzalandığını açıqlayıb.

Bu razılaşma ilə iki ölkə arasında hava nəqliyyatını tənzimləyən qaydalar yenilənib, sərnişin və yük uçuşları artırılıb.

Bundan əlavə, İngiltərə Mülki Aviasiya İdarəsi ilə aviasiya sektorunun bütün sahələrində, xüsusilə təlim və rəqəmsallaşma sahəsində əməkdaşlığın inkişaf etdirilməsi razılaşdırılıb.


Məryəm İlhamqızı