Sürət qatarı avtobusu iki yerə böldü - VİDEO
    • Bu gün, 14:58
    • 97

Sürət qatarı avtobusu iki yerə böldü - VİDEO

Braziliyanın Juiz de Fora şəhərində avtobus relslərin üzərindən xarab olub. 

News24.az xəbər verir ki, şəhərin yanğınsöndürmə idarəsi avtobusun keçmək istəyərkən relslərdə xarab olduğunu, bir yük qatarının avtobusla toqquşub onu parçaladığını bildirib.

Real Turismo şirkətinin nümayəndəsi avtobusun elektrik nasazlığı səbəbindən dayandığını və qəzadan əvvəl onu qaldırmağa imkan olmadığını söyləyib.

Dəmiryol şirkəti MRS bildirib ki, maşinist təhlükəsizlik qaydalarına əməl edib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Sürücü və altı sərnişin son anda xilas olub.

Günel Məlikzadə