Delimitasiya komissiyasının növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK
    • 15-01-2024, 16:04
    • 184

Delimitasiya komissiyasının növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının növbəti iclası yanvarın sonunda baş tutacaq. 

News24.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan məlumat verib. 

O bildirib ki, növbəti iclasın günü, vaxtı və yeri əlavə olaraq razılaşdırılmalıdır. 

Məlumata görə, iclasda əvvəlcə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsi müzakirə olunacaq. Birgə iş zamanı istifadə olunacaq hüquqi əhəmiyyətli sənədlərin və hüquqi aktların növləri dəqiq müəyyən ediləcək. 

Qumral