Qubada 13 yaşlı məktəbli itkin düşdü - FOTO
    • 16-01-2024, 17:49
    • 104

Qubada 13 yaşlı məktəbli itkin düşdü - FOTO

Qubada 7-ci sinif şagirdi itkin düşüb.

News24.az APA-ya istinadla xəbər verir ki, Quba şəhər 2 saylı tam orta məktəbin şagirdi, 2011-ci il təvəllüdlü Əli Məlikov səhər evdən çıxıb və geri qayıtmayıb. O, məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə də getməyib.

Məktəblinin ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Onun tapılması istiqamətində tədbirlər görülür.