-
- 17-01-2024, 11:46
- 218
XİN Aİ səfirini qərəzli olmaqda İTTİHAM EDİB
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalkonun Azərbaycanda məhkəmə sistemi ilə bağlı açıqlamasını əsassız hesab edir.
News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" sosial şəbəkəsində yazıb.
"Bu əsassız və məsuliyyətsiz iddiadır! Yaxşı olardı ki, səfir bir sıra Aİ ölkələrinin məhkəmə sistemlərindəki ədalətsizliyə və amansız rəftara diqqət yetirsin", - deyə A.Hacızadə yazıb.
O həmçinin, Azərbaycanın qabaqcıl dünya praktikasına əsaslanmış məhkəmə sisteminə müdaxilənin yolverilməz olduğunu qeyd edib.