İstanbulda yaşayış binası uçdu – Video
    • 18-01-2024, 18:00
    • 173

İstanbulda yaşayış binası uçdu – Video

Yanvarın 18-də Türkiyənin İstanbul şəhərində yaşayış binası uçub. 

News24.az xəbər verir ki, bu barədə “CNN Türk”məlmat yayıb.

Bildirilir ki, əvvəlcə binanın yaxınlığındakı yolda torpaq sürüşməsi baş verib. Hadisə yerinə xüsusi xidmət qrupları göndərilib.

Çökmə nəticəsində üçmərtəbəli binada da çatlar müşahidə olunub. Sakinlərin təxliyəsi barədə qərar qəbul edilib.

Təxliyyədən yarım saat sonra çatlar olan bina buna dözə bilməyib və çöküb.

Qeyd edək ki, hadisə zamanı binada heç kim olmadığından xəsarət alan olmayıb.

Mehriban Mirzəzadə