-
- 22-01-2024, 23:43
- 212
Tacir Şahmalıoğlu: "Mən Maykl Ceksonu dinləyirəm"
"Mən Maykl Ceksona qulaq asıram".
News24.az azxeber.com-a istinadən xəbər verir ki, bunu ATV telekanalında "Rəngarəng səhər" verilişində Tacir Şahmalıoğlu deyib.
O, keyfiyyətli musiqidən danışan zaman etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib:
"Mən Maykl Ceksou da dinləyirəm, Uitney Hyustonu da. Sevirəm bu tərzləri. Mən onların dilini anlamıram ki? Sadəcə keyfiyyətli musiqini duyuram".
Müğənni heç zaman xarici mahnı oxumayacağını deyib:
"Mən söz vermişəm ki, yalnız azərbaycanca ifalar edəcəyəm. Amma gözləməzdim ki, İranda məni bu qədər sevərlər. Ora toya getmişdim, maşının nömrəsini öyrənib gəlib məni tapmışdılar".