Hacı Əliyev əzəli rəqibinə məğlub oldu
    • Bu gün, 15:53
    • 52

Hacı Əliyev əzəli rəqibinə məğlub oldu

"Paris-2024" Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) 1/4 finalda İsmail Musukaev (Macarıstan) ilə üz-üzə gəlib

News24.az xəbər verir ki, görüşdə H.Əliyev rəqibinə 3:10 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, Hacı Əliyev Musukaev İsmail ilə daha əvvəllər də qarşılaşıb.

Hacı Əliyev 2020-ci ildə Fərdi Dünya Kubokunda 1/2 final mərhələsində İsmail Musukaevə 6:7 hesabı ilə məğlub olub.

İkinci dəfə 2022-ci ildə Avropa Çempionatında bürünc medal uğrunda qarşılaşmada Hacı Əliyev rəqibinə 2:4 hesabı ilə məğlub olub.