Baş məşqçi “Yuventus”a keçmək istəyən futbolçunu cəzalandırdı
    • Bu gün, 16:54
    • 45

Baş məşqçi “Yuventus”a keçmək istəyən futbolçunu cəzalandırdı

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini yarımmüdafiəçisi Ten Kopmeynersi cəzalandırıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, italyan mütəxəssis onu əsas heyətlə məşqlərdən kənarlaşdırıb. Bu qərara səbəb niderlandlı futbolçu “Yuventus”a keçmək istəyi olub.

“Kopmeyners “Yuve”yə keçmək qərarına gəlib. Bundan sonra bizimlə oynamayacaq və məşq etməyəcək. O, streslidir. Bu münasibət nə özü, nə komanda üçün faydalı ola bilməz”, – deyə Qasperini bildirib.

O, daha sonra qeyd edib ki, zədəli futbolçuların çoxluğuna görə “Atalanta” kritik vəziyyətdədir.

Qeyd edək ki, Kopmeyners keçən mövsüm Berqamo təmsilçisinin heyətində bütün yarışlarda 51 oyun keçirib, 15 qol vurub və 7 məhsuldar ötürmə verib.