Valideyn: “Görənlər deyirlər ki, bıçaqlanma…” – VİDEO
    • 23-01-2024, 18:49
    • 126

Valideyn: “Görənlər deyirlər ki, bıçaqlanma…” – VİDEO

“Məktəbdə artıq ikinci dəfədir ki, belə hadisə baş verir”.

News24.az bildirir ki, bu sözləri bu gün qətl hadisəsinin baş verdiyi Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni deyib.

O, doqquzuncu sinif şagirdi olan Raul Rəhimovun məktəbin içində bıçaqlandığını bildirib.

“Görən adamlar deyirlər ki, hadisə məktəbin içində baş verib. Məktəbdə oxumayan uşağın məktəbdə nə işi var? Deyirlər qətl həyətdə olub, o zaman hanı hadisənin izləri?” – deyə, o qeyd edib.

Daha ətraflı İTV-nin süjetində: