Detektiv yazıçı Müşfiq Abbasovun oxucularla görüşü keçirildi - FOTOLAR
    • 24-01-2024, 16:07
    • 581

Detektiv yazıçı Müşfiq Abbasovun oxucularla görüşü keçirildi - FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının “Qonağımız var” layihəsi çərçivəsində detektiv yazıçı Müşfiq Abbasovun kitabsevərlərlə görüşü keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə müəllifin yaradıcılıq yolundan, Müşfiq Abbasovun müəllifi olduğu “Qan haqqı”, “-4”, “Şeytanın siması” kitablarının  bədii məziyyətindən bəhs edilib. 

Müşfiq Abbasov tədbir iştirakçılarının suallarını cavablandırıb və iştirakçılara təşəkkürünü bildirib.

Mərasim yazıçının kitabları imzalaması ilə başa çatıb.