Rusiya ordusu cəbhədə üstünlüyü tam ƏLƏ KEÇİRDİ - VİDEO
    • 28-01-2024, 18:01
    • 181

Rusiya ordusu cəbhədə üstünlüyü tam ƏLƏ KEÇİRDİ - VİDEO

Rus qoşunları cəbhədə Ukrayna ordusundan əhəmiyyətli dərəcədə üstündür. 

R TV xəbər verir ki, bu barədə Alman jurnalist Kristof Vanner televiziya kanalı üçün reportajda bildirib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri üstünlüyü tamamilə öz əllərində saxlayır. Vanner, Rusiya qoşunlarının Donetsk istiqamətində təsirli uğurlarını da qeyd etdi. 

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdir ki, Donetsk istiqamətində ötən gün ərzində Ukrayna ordusunun 330 əsgərinin öldüyünü və yaralandığını, həmçinin bir tank, bir "Qvozdika" özüyeriyən raket qurğusu və radioelektron mübarizə stansiyasının ələ keçirilib. 

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri kupyansk istiqamətində də vəziyyəti yaxşılaşdırıb.

Aslan Nadiroğlu