-
- 29-01-2024, 22:13
- 184
Zelenski xalqa təcili müraciət hazırlayır - Ukraynada nə baş verir?
Ukrayna prezidenti Vladimir Zelenski xalqa təcili müraciət hazırlayır.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Ehtimal olunur ki, müraciətin mövzusu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının istefası ola bilər ki, bu barədə bazar ertəsi axşam bir sıra Ukrayna mediası yazıb. Hələlik məlumatın rəsmi təsdiqi yoxdur.
Eyni zamanda, “Censor.net” saytının baş redaktoru Yuri Butusov mənbələrə istinadən yazır ki, prezident artıq Zalujnının istefası ilə bağlı fərman imzalayıb, lakin hələ ki, bu barədə açıqlama verməyib, çünki xarici partnyorlarla “məsləhətləşmələr aparılır.
Ukraynanın “Rezident” insayder teleqram kanalı da öz mənbələrinə istinadən yazır ki, Zelenski hazırda Dövlət Departamenti ilə əlaqə saxlayır. Və bundan əvvəl Pentaqonla danışıqlar olub. Amerikalılar isə Zalujninin istefasının qəti əleyhinədirlər.