Meksikada yol qəzasında 19 nəfər ölüb
    • 30-01-2024, 22:38
    • 244

Meksikada yol qəzasında 19 nəfər ölüb


Meksikanın şimal-qərbində treyler ilə sərnişin avtobusunun toqquşması nəticəsində baş verən yanğında azı 19 nəfər ölüb, 20 nəfər yaralanıb.

News24.az “Report”a istinadla xəbər verir ki, bu barədə yerli “Diario de Mexico” qəzeti məlumat yayıb.

Hadisə yerli vaxtla səhər saat 05:00 radələrində Sinaloa ştatının Kulakan və Masatlan şəhərləri arasındakı yolda qeydə alınıb.

Meksika Milli Qvardiyası hadisə yerində işləyor, magistralda nəqliyyatın hərəkəti yavaşladılıb.