Tokayev bu tarixdə Azərbaycana səfər edəcək
    • 30-01-2024, 23:36
    • 187

Tokayev bu tarixdə Azərbaycana səfər edəcək


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri 11-12 mart tarixlərində olacaq.

News24.az xəbər verir ki, o, Bakıdan Füzuliyə gedəcək və səfər çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək.

Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.