NATO təlimlərinin əsas məqsədi...
    • 25-01-2024, 16:00
    • 129

NATO təlimlərinin əsas məqsədi...

NATO-nun hazırkı təlimləri Qərbin anti-Rusiya siyasətinin ən pik həddə çatdığını göstərir.

News24.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı təzyiqləri aradan qalxmayıb: 

“Bu temp bəzən aşağı düşür, bəzən yuxarı qalxır. İndi yəqin ki, pik həddə çatıb”,- deyə peskov bildirib.

Qeyd edək ki, təlimdə NATO ölkələri və alyansa üzv olmağa namizəd olan İsveç də iştirak edəcək. Mayın sonunadək davam edəcək manevrlər Norveçdən Rumıniyaya qədər Avropa ərazisini əhatə edir.

Xatırladaq ki, NATO soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir. Təlimə 90 minə yaxın hərbçi cəlb edilib. “Steadfast Defender-2024” (“Sabit müdafiəçi-2024”) adı altında keçirilən builki təlimdə təyyarədaşıyanlardan tutmuş esmineslərə qədər 50-dən çox gəmi, həmçinin 80-dən çox qırıcı, helikopter və pilotsuz təyyarə, 133 tank, 533 piyada döyüş maşını daxil olmaqla ən azı 1100 döyüş maşını iştirak edir.

Mehriban Mİrzəzadə