NATO irimiqyaslı təlimlərə başlayır
    • 22-01-2024, 10:00
    • 169

NATO irimiqyaslı təlimlərə başlayır

NATO Yanvarın 22-də tarixin ən irimiqyaslı təlimlərinə başlayır. Bazar ertəsi günü başlayır.

News24.az xəbər verir ki, bu barədə “dw.com” məlumat yayıb.

Qeyd edək ki, təlimlərə 90 minə yaxın insan cəlb olunacağı bildirilib. Onlarda bütün NATO ölkələri və alyansa üzv olmağa namizəd olan İsveç iştirak edəcək. Mayın sonunadək davam edəcək manevrlər Norveçdən Rumıniyaya qədər Avropa ərazisini əhatə edəcək. 

Məlumata görə, “Steadfast Defender-2024” (“Sabit Müdafiəçi-2024”) adı altında keçiriləcək builki təlimdə təyyarədaşıyanlardan tutmuş esmineslərə qədər 50-dən çox gəmi, həmçinin 80-dən çox qırıcı, helikopter və pilotsuz təyyarə, 133 tank, 533 piyada döyüş maşını daxil olmaqla ən azı 1100 döyüş maşını iştirak edəcək.

İndiyədək son onilliklərin ən böyük təlimləri 2018-ci ildə 50 mindən çox hərbçinin iştirak etdiyi Trident Juncture (“Unified Trident”) hesab olunurdu. NATO sonuncu müqayisəli təlimini 1988-ci ildə 125 mindən çox əsgərin iştirakı ilə keçirib.

Merhriban Mirzəzadə