"İnsanlar cinsəlliklə bağlı maarifləndirilməlidir..." - Psixoloqdan SENSASSİON AÇIQLAMA
    • 2-02-2024, 14:11
    • 483

"İnsanlar cinsəlliklə bağlı maarifləndirilməlidir..." - Psixoloqdan SENSASSİON AÇIQLAMA

Azərbaycan adət-ənənə, dini anlamda cinsi zorakılıqla bağlı mövzulara çox radikal yanaşır və uşaqlarımızın böyümə dönəmində  onlara kifayət qədər sərt qaydalar və qadağalar qoyur.

Bu sözləri News24-az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova  deyib. O bildirib ki, böyümə dönəmində övladlarımıza bunun yalnış bir əməl olduğunu və yalnışın isə gizlədilməsi gərəkən bir şey olduğunu, bilərək və ya bilməyərək, öyrədirik:

“Ona görə də, cinsi zorakılığa məruz qalmış insanlarla bağlı hər hansı real statistika aparmaq mümkün deyil. Çünki bunlar adətən gizlədilir. Daha çox ailə zəmnində baş verən hadisələr mentalitet və ya əxlaq normaları işin içinə qatılaraq ört-basdır edilir. İnsanlar düşünür ki, bundan sonra bu hadisə olmamış kimi davranarlarsa, hər şey yoluna girəcək və düzələcək. Lakin bu, belə deyil. İnsanların uşaq yaşlarında yaşadığı bu cür xoşagəlməz təcrübələr onların böyüdükdən sonra özlərinə seçdikləri həyat tərzinə də birbaşa təsir edir. Əslində bizim uşaqlarımıza verməmiz lazım olan güvənə belə şeylərə məruz qalanda bunu özlərinin günahı bilməsinlər. Valideynləri ilə və ya olduqları mühitdə kömək istəyəcəyi digər insanlarla bölüşsünlər. Burada istər uşağın tərbiyələndirilməsi və ya maarifləndirilməsi, istər valideynlərin tərbiyələndirilməsi və maarifləndirilməsi ilə yanaşı mütləq ki, cəmiyyətlə bu mövzularda vahid reaksiya göstərməyi bacarmalıdır”.

Psixoloq qeyd edib ki, bu tip situasiyalarda adətən yaxşı tərbiyə verə bilməyən ananı, özünü qoruya bilməyən uşağı daha çox qınayırıq, nəinki bu cür xoşagəlməz əməli törədən insanları:

“Bu belə olduqda isə ailələr yaranan xoşagəlməz halların açılmasının tərəfdarı olmurlar. Ailələlər belə mental mənfi dəyərlərə görə bunun üstünü açmırlar deyə, bunu edən şəxslər isə bundan cəsarətlənir və bilirlər ki, bu toplumda bunu demək özü qəbahətdir. Əlbəttə ki, toplumun tərbiyələnməsi üçün təhsil birinci vasitədir. Bizlər təhsilin içərisinə cinsi tərbiyəni də əlavə etməliyik. Dünyanın bir çox ölkələrində bu tip xoşagəlməz hallar  var və müşahidə olunandır. Sadəcə bunun həcminə diqqət etmək lazımdır. İnkişaf etmiş ölkələrdə bunun həcmi adətən aşağı endiyi görünür. Əlbəttə bu da bizim üçün birbaşa istinad nöqtəsi deyil.  Hər kəs öz evini içini qorumaq üçün mütləq ki, evinin çölündəki insanların etibarlı insanlar olduğunu bilməli və fərqində olmalıdır ki, biz sadəcə evimizin içini səliqəyə salıb, evdəkiləri tərbiyə etməklə həyatı davam etdirə bilmərik. Yaxşı olar ki, toplum özünə bir əl gəzdirsin”.

Ə.Rüstəmova bildirib ki, mental qalıqları olan fikirlər insanlara bu tip qısnamaları cəsarətli şəkildə seksual zorakılığa məruz qaldığı faktını açmağa və deməyə icazə vermir:

“Nə qədər ki, biz günahkarı yox, bu işdə təqsiri olmuyanı göz ağardaraq hər hansı bir mənəvi və fiziki zorakılığa məruz qoyacağıq, o zamana qədər bu tip hadisələrin sayı və həcmi çoxalacaq. Ona görə də, yaxşı olar ki, biz ilk növbədə cəmiyyət olaraq özümüzü tərbiyə edək və dəyişək. Bizlər anlayışlı başa düşən və eşidə bilən insanlar olduğumuz müddətcə, övladlarımız bizimlə danışmağa hər zaman razı olacaqlar. Heç bir zaman başlarına gələcək heç bir hadisəni gizlətməyəcəklər. Amma biz eşitməkdən daha çox danışmağa meyilli olduğumuz üçün övladlarımız ağzını açmamışdan onlara öyüd, nəsihət, tərbiyə verməyə başlayırıq. Bu isə uşaqlarımızı bizdən uzaqlaşdırır. Toplum cinsəlliklə bağlı maarifləndirilməli, tərbiyə olunmalı və bilgiləndirilməlidir. Yalnış yanaşmalar və miflər aradan qaldırılmalıdır. Bu cür mənfi mental zibilləri öz toplumumuzdan, toplumumuzun beynindən, mentallığından və fikirlərindən təmizləyə bilsək, rasionallığı, bilgini, elmi, təhsili arxamıza alsaq, əlbəttə ki, bu tip hadisələrin sayı minimuma enə bilər. Toplum səsini çıxarmıyana ədəbli və ağıllı demək əvəzinə, səsini çıxarana ədəbli və ağıllı deməlidir. Bəlkə də, bu kiçik nüansı aradan qaldırsaq, məsələnin böyük həll yolunu tapma bilərik”

Mehriban Mirzəzadə