ŞOK! Azərbaycanlı yazıçının əsəri erməni dərsliyində? – FOTO
    • 2-02-2024, 15:27
    • 321

ŞOK! Azərbaycanlı yazıçının əsəri erməni dərsliyində? – FOTO

Ermənistanda 5-ci sinif “Ana dili” dərsliyində azərbaycanlı müəllifin əsərinin nəşr olunduğu iddia edilir.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.

Dərslikdə azərbaycanlı jurnalist, yazıçı Arzu Soltanın “Həyətimizin tarixi” əsərinin yer aldığı bildirilir. Məsələ ilə bağlı əvvəlcə sosial şəbəkələrin Ermənistan seqmentində paylaşımlar edilib və ciddi müzakirələr aparılıb.

Ermənistanın Faktların Doğrulanması Platforması isə yayılan görüntünün 5-ci sinif “Ana dili” dərsliyinə aid olmadığını açıqlayıb. Platformanın məlumatına görə, “Həyətimizin tarixçəsi” hekayəsi erməni müəllif Artur Mahukyanın 2008-ci ildə yayımlanan uşaq hekayələri toplusundandır.

“Həmin topluda azərbaycanlı müəlliflərin də əsərlərinə yer verilmişdi, lakin o kitab dərslik deyil”, – bildirilib.

Xatırladaq ki, bir müddətdir Ermənistanda 7 -ci sinif “Erməni tarixi” dərsliyinin dəyişdirilməsi üçün aksiyalar keçirilir. Dərslikdə Ermənistan tarixinin guya təhrif olunduğu, Qarabağın isə Azərbaycanın tərkib hissəsi kimi təqdim edildiyi iddia edilir.

Məsələ ilə bağlı ölkənin təhsil nazirinin istefası tələb olunur.