-
- 28-06-2019, 10:26
- 1 157
Dövlət qulluğuna qəbula ümumilikdə 1766 namizəd qeydiyyatdan keçib
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 30-dadövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 432, BB qrupu üzrə 1334, ümumilikdə isə 1766 namizəd qeydiyyatdan keçib. Dövlət bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda –saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 172 nəzarətçi-müəllim, 6 bina nümayəndəsi ayrılıb.
Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

- şəxsiyyəti təsdiq edən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi".