İdmançılar arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
    • 11-02-2024, 09:00
    • 270

İdmançılar arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ


Avstraliyanın cənubunda 16 xokkeyçi dəm qazından zəhərlənib.

News24.az Lent.az-a istinadən verdiyi məlumata görə, matçdan sonra futbolçular xəstəxanaya yerləşdirilib. Qurbanlar Melburn və Adelaida xokkey komandalarının üzvləridir. Onlar “Adelaide Arena”nın buzu üzərində görüşdən sonra xəstəxanaya yerləşdirilibər.

"Xəstələrin əksəriyyəti müşahidə altındadır, bəziləri isə oksigen terapiyasına ehtiyac duyur", - Avstraliya Tibb Xidməti bildirib.

Xilasedicilər və yanğınsöndürənlər zəhərlənmənin səbəbini müəyyən ediblər. Zəhərlənməyə buz təmizləyən maşının çənlərindən maye sızması səbəb olub.