-
- 12-02-2024, 11:00
- 189
Qırğızıstan Prezidentindən ABŞ-a XƏBƏRDARLIQ
Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri respublikanın daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
“Biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, - deyə prezident bildirib.
Qeyd edək ki, bundan öncə Blinken Qırğızıstan rəhbərinə mesaj göndərərək, o, ölkədə qeyri-hökumət təşkilatları (QHT-lər) haqqında qanuna baxılmasından narahatlığını ifadə edib və bu qanunun qəbulu, dövlət katibinin fikrincə, ölkənin vəziyyətinə mənfi təsir göstərəcəyini deyib.
Mehriban Mirzəzadə