Yük maşınları 84 nəfərin ölümünə səbəb oldu - AZƏRBAYCANDA
    • 12-02-2024, 12:22
    • 863

Yük maşınları 84 nəfərin ölümünə səbəb oldu - AZƏRBAYCANDA

Azərbaycanda yük maşınlarının iştirakı ilə baş verən yol qəzalarının statistikası açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, son 1 ildə yük avtomobillərinin iştirakı ilə qeydə alınmış 127 yol qəzasında 84 nəfər həlak olub. 

Statistikalara görə, 85 nəfər isə xəsarət alıb.

Bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki,  mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcəkdir.