İrandan ABŞ-a reaksiya
    • 13-02-2024, 11:19
    • 148

İrandan ABŞ-a reaksiya

İran Xarici İşlər Nazirliyi Sözçüsü Nasser Kenani, etdiyi yazılı açıqlamada, Venesuelanın "Emtrasur" aviaşirkətə aid Boeing-747 tipli yük təyyarəsinin ABŞ tərəfindən tutulmasına reaksiya verdi.

News24.az xəbər verir ki, ABŞ təyyarəni ələ keçirmək üçün hərəkətə keçib. Birləşmiş Millətlər bunun beynəlxalq hüquqa zidd olduğunu bildirən Kenani, İranın Venesuelanın aktivlərinə sahiblik və girişi bərpa etmək üçün hüquqi və diplomatik tədbirlərini dəstəklədiyini bildirib.

ABŞ Venesuela yük şirkəti tərəfindən İranın Mahan Hava Yollarından aldığı “Boeing 747” tipli yük təyyarəsinin “İranla bağlı ixrac məhdudiyyətləri” çərçivəsində ələ keçirildiyini açıqlayıb.

2019-cu ildə ABŞ Maliyyə Nazirliyi İranın “Mahan Air” aviaşirkətini İnqilab Keşikçiləri Ordusu ilə əlaqəsi səbəbindən sanksiya siyahısına daxil edib.

Günel Məlikzadə