Havanın temperaturunun artması... - AÇIQLAMA
    • 13-02-2024, 18:30
    • 150

Havanın temperaturunun artması... - AÇIQLAMA

Ölkə ərazisində müşahidə olunan isti hava şəraiti Şimali Atlantika tərəddüdünün müsbət fazası ilə bağlıdır.

Bu sözləri News2.az-a açıqlamasında meteroloq Cavidan Əliyev deyib. O bildirib ki, bunun ekologiyaya ciddi bir təsiri yoxdur.

“Belə olduqda  Qərb köçürmələri güclənir, yəni İslandiya minimumundan mülayim və rütubətli hava axınları hərəkət edir. Bu da Azərbaycana şimaldan soyuq hava kütləsinin daxil olması üçün maneçilik törədir. Yəni meridional axınları dayandırır. Azərbaycanda fevral ayında belə dalğalar müşahidə olunub. Qeyd edim ki, son illərdə temperaturlar bir qədər daha tez-tez yüksəlir. Bu da qlobal istiləşmə ilə bağlıdır”.

Mehriban Mirzəzadə