Limon qabığı yeməyə 5 səbəb
    • 13-02-2024, 21:32
    • 420

Limon qabığı yeməyə 5 səbəb

Əgər siz çay, içki və qidalarda müntəzəm limon istifadə edirsizsə, limon qabığını da istifadə edin.

Alimlər və qida ekspertləri məhz qabığın xərçəng əleyhinə təsiri olıduğunu bildirir.

News24.az “Medicina”-a istinadla xəbər verir ki, Almaniya sağlam qidalanma ekspertləri limon qabığının 5 faydasını açıqlayıb.

1. Bağırsaq xərçəngindən qoruyur – həm portağal, həm limonun ləti və qabığı xərçəng əleyhinə təsir edir. Çünki onlarda olan flavonoidlər bağırsaq şişləri ilə mübarizə aparır. Limonda olan diosmin bağırsağı qoruyur.

2. Dəri xərçəngindən qoruyur. Onda olan limonen dəri xərçənginə qarşıdır.

3. Prostat xərçəngindən qoruyur

Hətta artıq şiş varsa, metastazların qarşısını alır.

4. İnsulin dirənci və şəkərli diabetə qarşıdır. Qarın, abdominal daxili piylənməni azaldır.

5. Ürək-damar xəstəliklərinə qarşı. Qabıqda və özündə çoxlu C vitamini olduğu üçün antioksidant təsir göstərir.