Bakının bu ərazisində "moyka" yanır - VİDEO
    • 14-02-2024, 17:04
    • 205

Bakının bu ərazisində "moyka" yanır - VİDEO

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verən yanğın söndürülüb. 

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb.

Qeyd edək ki, yanğın ikimərtəbəli obyektdə baş verib. Hər mərtəbəsi 80 kvadratmetr olan tikilinin birinci mərtəbəsi avtoyuma, ikinci mərtəbəsi isə çay evi olub.