Yeni Baş nazir kim olacaq? - YENİLƏNDİ
    • 16-02-2024, 10:15
    • 160

Yeni Baş nazir kim olacaq? - YENİLƏNDİ

Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsinə baxır.

News24.az-ın xəbərinə görə, parlament sədri Sahibə Qafarova məsələ ilə bağlı məlumat verib.


***

Bu gün Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsini nəzərdən keçirəcək.

News24.az  report-a istinadla xəbər verir ki, müvafiq məsələ Milli Məclisin bugünkü iclasının gündəliyinə salınıb.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyin tələbinə əsasən Nazirlər Kabineti istefa verib.

Konstitusiyanın 118-ci maddəsində göstərilir ki, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir.

Müvafiq təklifi Prezident  səlahiyyətlərinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi andan iki həftədən gec olmayaraq Milli Məclisinin müzakirəsinə göndərir.

Parlament bu qərarı namizədliyin verildiyi gündən 1 həftədən gec olmamaq şərtilə qəbul edir.