Bu ölkə bütün artilleriyasını Ukraynaya verir
    • 18-02-2024, 16:00
    • 179

Bu ölkə bütün artilleriyasını Ukraynaya verir


Danimarka ehtiyatda olan bütün artilleriyasını Ukraynaya vermək qərarına gəlib.

News24.az axar.az-a istinadən bildirir ki, bu bəyanatla Danimarkanın Baş naziri Mette Frederiksen Münhendəki çıxışında bildirib.

O qeyd edib ki, silah təchizatı ilə bağlı Avropa liderləri tez-tez istehsal problemlərinə istinad edirlər:

"Ukrayna indi bizdən sursat və artilleriya istəyir. Danimarka bütün artilleriyasını Ukraynaya vermək qərarına gəldi. Avropada hərbi texnika var, bu təkcə istehsal məsələsi deyil. İstifadə etmədiyimiz silah-sursat və hava hücumundan müdafiə sistemləri var. Onların Ukraynaya təhvil verilməsi lazımdır".