![Soyuq hava nə vaxta kimi davam edəcək?](/uploads/posts/2024-02/hava_saxtali.webp)
-
- 19-02-2024, 11:00
- 215
Soyuq hava nə vaxta kimi davam edəcək?
Hazırda Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə müşahidə olunan yağmursuz qeyri-sabit hava şəraiti sabah gün ərzində də davam edəcək.
News24.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
"Sabah axşam saatlarında bəzi yerlərdə yağış yağması ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 5 dərəcəyədək isti olacaq. Bölgələrdə əsasən yağmursuz hava şəraiti gözlənilir. Amma bəzi dağlıq və dağətəyi rayonlarımızda qısamüddətli yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Havanın temperaturu aran rayonlarında 6-11 dərəcə isti, dağlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq", - Məmmədova bildirib.