HƏMAS lideri dəfn edildi
    • Bu gün, 18:23
    • 52

HƏMAS lideri dəfn edildi

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə bu gün Qətərin paytaxtı Dohanın şimalında dəfn edilib.

News24.az xəbər verir ki, bu barədə “Borna News” məlumat yayıb.

Məlumata görə, İsmayıl Həniyə Lusail şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.

Xatırladaq ki, HƏMAS lideri iyulun 31-də Tehranda İran prezidentinin andiçmə mərasimindən sonra öldürülüb.